Ukrayna Silahlı Qüvvələri Donetski kütləvi atəşə tutmağa başladı – Rusiya KİV

Ukrayna Silahlı Qüvvələri Donetski kütləvi atəşə tutmağa başladı – Rusiya KİV
  • Manşet / Hərb

  • Donetsk sakinləri bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri şəhəri kütləvi artilleriya atəşinə tutub. Müxtəlif növ silahlardan ardıcıl atəş açıldığı deyilir.

    Qaynarinfo xəbər verir ki, “Novorossiya milislərinin hesabatları” Telegram kanalının bildirdiyinə görə, minaatanlardan, qumbaraatanlardan və iri çaplı artilleriyadan endirilən zərbələrin əksəriyyəti Donetskin şimal bölgələrinə düşüb. Bəzi məlumatlara görə, pilotsuz uçuş aparatlarından da zərbələr endirilib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

    “Novorossiya” portalı Donetsk əhalisinin yuxudan Ukrayna Silahlı Qüvvələrinin zərbələrindən ayıldığını iddia edir. Sosial şəbəkələrdə hava limanından Kiyev rayonuna, Kalininski rayonuna, həmçinin Makeyevkanın Çervonoqrad rayonuna zərbələr haqqında məlumat verirlər.

    Donetsk sakinləri çoxdan bəri bu cür hücumun baş vermədiyini bildiriblər.

    “Xilaskarlar” sülh tələb edir”, – şərhçilərdən biri qeyd edib.

    Fevralın 2-də Kiyev yaxınlığındakı aerodromdan havaya qalxan “Bayraktar TB2” zərbə pilotsuz təyyarəsi Donbasa hücum edib. Bir əsgər şəhid olub. Kiyev hadisəni şərh etməyib.

    LDPR fraksiyasının lideri Vladimir Jirinovski bildirib ki, Ukrayna Donbası güc yolu ilə ilhaq etmək istəsə, Rusiya dərhal ona kömək etməyə borcludur.
    PAYLAŞ:

    Oxşar xəbərlər