Əliniz cibinizdə olsun – Azərbaycanda bu qiymətə helikopter satılır – VİDEO

Əliniz cibinizdə olsun – Azərbaycanda bu qiymətə helikopter satılır – VİDEO
  • Maraqlı

  • Azərbaycanda üç helikopter hərraca çıxarılıb. Helikopterlər texniki göstəricilərinə və sərnişin tutumuna görə fərqlidir. Burada maraqlı bir sual ortaya çıxır: helikopterlər neçəyə satılır və hər kəs bu helikopterləri ala bilərmi və ya alan şəxs onu necə idarə edə biləcək? 

    Sıra ilə saxlanan bu helikopterlər, nə qədər qəribə səslənsə də, satılır. Hava nəqliyyatına sahib olmaq istəyənlərin keçiriləcək hərracda iştrak etmələri vacibdir.
    Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili üzrə Mərkəzin idarə heyətinin sədr müavini Emil Rəsulov deyir ki, özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin olaraq 200 min manat behi ödəməklə hərracda iştirak edə bilərlər.
    Emil Rəsulov deyir ki, ”EC-155” markalı iki helikopetr neft buruqlarında fəaliyyət göstərən işçilərin aparıb gətirilməsində, Azərbaycanda qeydiyyatdan keçən və xüsusi lisenziyası olan şirkət tərəfindən istifadə olunub.
    Bəs bu helikopteri istənən şəxs ala bilərmi və ya alacaqsa, onu necə istifadə edəcək? Texniki cəhətdən saz olan hər üç helikopter alıcısını gözləyir.
    Ətraflı əməkdaşımız Ramal Abdullayevin hazırladığı süjetdən biləcəksiniz.
    PAYLAŞ:

    Oxşar xəbərlər