Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq
  • İdman

  • Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

    Milli Paralimpiya Komitəsindən Asiya.az-a verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

    O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

    Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər