"Adi qəzadır, milli faciəyə çevirməyin!" - Saleh Məmmədov 1 ailənin öldüyü qəza haqqında

"Adi qəzadır, milli faciəyə çevirməyin!" - Saleh Məmmədov 1 ailənin öldüyü qəza haqqında
  • Sosial

  • "Quba yolunda baş verən faciə mənə pis təsir edir. Amma mətbuat işçiləri gün ərzində avtomobil yollarında baş verən qəzaların sayını bilsələr anlayarlar ki, bu qəza da onlardan biridir”. 

    Bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov deyib. 

    O bildirib ki, mətbuat işçilərinə bu hadisəni ümumrespublika matəminə çevirməyi tövsiyə etmirəm: 

    "Layihələndirməyə uyğun olaraq hadisə baş verən həmin yolda yol nişanları quraşdırılıb. Əvvəlcədən yolda döngə və nahamar olduğuna dair, təmir işlərinin getdiyini göstərən işarələr var. Hər bir yoldan istifadə edən sürücü o yolda qoyulan yol nişanlarına, sürət həddinə riayət etsə qəza olmaz. Bəlkə də həmin sürücü fikirli olub, bu səbəbdən də qəza baş verib. Həmin faciə də o ailədə iki gün öncə baş verən hadisənin təəssüratlarının özündə əks olunmasından olub”. 

    Agentlik sədri qeyd edib ki, ümumiyyətlə həmin ərazidə yolda dalğavari heç nə yoxdur: 

    "Ora körpüyə yaxınlaşma yolu olub və çökmə baş verib. Həmin yol Bakı - Sumqayıt dairəvi yoludur. Ora əvvəlcə yük maşınlarının hərəkəti üçün nəzərdə tutulan yol olub. Həmin yol 1984-1986-cı illərdə çəkilib. 2008-ci ildə o yol investisiya xərcləri hesabına rekonstruksiya edilib. Həmin yolda üç zolaqlıdan iki zolaqlıya keçmə barədə nişan qoyulub”. 

    "Ümumiyyətlə Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır. Quba yolunun yenidən beton yol kimi bərpası üçün böyük vəsait tələb olunur. Çalışırıq ki, yolu yararsızlıqdan yararlı şəkilə gətirək. Prezidentin sərəncamına əsasən hazırda Quba yoluna alternativ yol çəkilir. Cari ilin sonuna yolun təhvil verilməsi gözlənilir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər