Nüfuzlu “qanuni oğru” qaçdı – Rusiyanın güc strukturları Vasya Banditi axtarır

Nüfuzlu “qanuni oğru” qaçdı – Rusiyanın güc strukturları Vasya Banditi axtarır
  • Hadisə

  • Rusiyalı məşhur “qanuni oğru” İqor Kokunov (Vasya Bandit) axtarışa verilib.

    Qaynarinfo xəbər verir ki, Vasya Bandit Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 210-cu (kriminal iyerarxiyada yüksək statusa malik olma) maddəsi ilə ittiham edilirdi. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ayağına elektron qandal vurulmuşdu.
    Məlumata görə, “qanuni oğru” hansısa yolla elektron qandaldan qurtularaq aradan çıxıb.
    Vasya Bandit 1993-cü ildən “qanuni oğru” statusu daşıyır. O Rusiyanın kriminal mühitindən kifayət qədər nüfuza malikdir. Vasya Bandit əsasən Novosibirsk vilayətində fəaliyyət göstərən kazinolara himayədarlıq edib.
    Vasya Bandit soyğunşuluq, oğurluq, hədə-qorxu ilə pul tələb etmə və s. bu kimi cinayətlərə görə dəfələrlə mühakimə olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər