Həbsdə olan “qanuni oğru”nun müraciəti yayıldı – Onların tacı əlindən alınsın

Həbsdə olan “qanuni oğru”nun müraciəti yayıldı – Onların tacı əlindən alınsın
  • Hadisə

  • Hazırda həbs həyatı yaşayan və Rusiyanın bir nömrəli “qanuni oğru”su sayılan “Şakro Molodoy” ləqəbli Zaxariy Kalaşov oğru aləmi ilə bağlı müraciəti yayılıb. 

    Rusiya mətbuatının yaydığı məlumata görə, bu ölkənin məşhur kriminal yazarı Lilya Xarinanın dediyinə görə, o, 130 “qanuni oğru”nun tacının əlindən alınmasını təklif edib.
    Şakro bildirib ki, son 14 il ərzində oğru klanları arasında baş verən müharibələr zamanı bu və ya digər yollarla taclandırılan xeyli layiq olmayan insanlar var.
    Xarinanın məlumatına görə, hazırda keçmiş potsovet məkanında 423 nəfər “qanuni oğru” adını daşıyır. Onlardan 314-ü azadlıqdadır, 109 –u cəza çəkir, 64-ü istintaq altındadır, 25-i isə axtarılır.
    Zaxariy Kalaşov


    PAYLAŞ:

    Oxşar xəbərlər