Moskva Bəyannaməsinin əhəmiyyəti

Moskva Bəyannaməsinin əhəmiyyəti
  • Siyasət

  • Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində iki dövlətin başçıları tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir: “Bu Bəyannamə Azərbaycanın və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”.

    Ehtiyatda olan polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur: “Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında mövcud əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.

    Bəyannamədə birgə hərbi məhsulların istehsalı da əksini tapıb. Moskva Bəyannaməsinin 14-cü və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”.

    Cəlil Xəlilov qeyd edib ki, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də əksini tapıb. Bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur.

    “Bu sənədə hər iki tərəf ciddi yanaşıb. Demək olmaz ki, sənədə kimsə kimisə məcbur edib. Digər tərəfdən bundan öncə Türkiyə ilə Şuşa bəyannaməsi imzalanıb. Türkiyə bizim qardaşımız və yaxın müttəfiqimizidir. Aramızda müxtəlif proseslər, hərbi-siyasi yaxınlaşmalar var. Eyni zamanda Türkiyə ilə, türk partnyorlar ilə məsləhətləşmələr aparmışıq. Ona görə də, sözügedən bəyanatın Türkiyə ilə əlaqələrə xələl gətirəcəyini düşünmək düzgün deyil.

    Türk qardaşlarımız bu sənəddən xəbərdar idilər. Yenə də deyirəm, onlar bunun mahiyyəti barədə məlumatlıdırlar. Burada heç bir ziddiyət yoxdur. Xatırlayırsınızsa, tez-tez belə bir ifadə işlənirdi ki, artıq Şuşa bəyannaməsindən sonra biz addımlarımızı bir-birinə koordinasiya edəcəyik və daha sıx əlaqəli şəkildə birgə addımlar atacağıq. Bu bəyannamə fəlsəfə baxımdan onun davamıdır”.

    “Burada iqtisadi əlaqələr barəsində də maddə var. Azərbaycanın Rusiya ilə sıx iqtisadi əlaqələri mövcuddur. Heç kəsə sirr deyil ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiyadır. Digər müstəvilərdə də əlaqələrimiz davam edir. İki ölkə arasında ticarət dövriyyəsi artır, nəqliyyat layihələri reallaşır. Bu, təkcə Rusiya Azərbaycan arasında yox, eyni zamanda İran, Türkiyə arasında da özünü göstərir. İndi Zəngəzur dəhlizinin açılması çox ciddi təkanverici faktor ola bilər ki, həm Azərbaycan-Rusiya arasında iqtisadi əlaqələr inkişaf etsin, həm də Rusiyanın Azərbaycan vasitəsi ilə Türkiyə və İranla ticarət dövriyyəsi intensiv hal alsın. Biz bunu da dəstəkləyirik. Bax belə Ermənistan yenə aciz qalır. Təəssüflər olsun ki, hələ də Ermənistan içində olduğu durumu anlamır”.

    Qoşqar Hətəmov – Masallı rayon sakini

    PAYLAŞ:

    Oxşar xəbərlər