The Sun: Ukraynaya görə Abramoviçə Britaniyada yaşamaq qadağan edildi

The Sun: Ukraynaya görə Abramoviçə Britaniyada yaşamaq qadağan edildi
  • Cəmiyyət

  • Rusiyalı milyarder, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin Böyük Britaniyada yaşaması qadağan edilib.

    Qaynarinfo xəbər verir ki, “The Sun” qəzetinin yazdığına görə, çətin ki, iş adamına yenidən Böyük Britaniyada yaşamağa icazə verilsin.

    Məlum olub ki, milyarder bir neçə aydır, “Çelsi”nin ofisində görünmür. KİV-in məlumatına görə, Britaniya immiqrasiya rəsmilərinə Abramoviçin ölkədə məskunlaşmasının qarşısını almaq tapşırılıb.

    İndi isə o işlə Daxili İşlər Nazirliyinin xüsusi işlər idarəsi məşğul olur. Bu vəziyyət deputatların onu ölkə prezidenti Vladimir Putinin tərəfdarı olan 35 oliqarxdan biri adlandırmasından sonra yaranıb.

    Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson Nazirlər Kabinetində çıxışı zamanı Abramoviçin sanksiyalar altında olduğunu bildirərək “şərt qoymuşdu”. Daha sonra Britaniyanın xarici işlər naziri Liz Truss bu məlumatı təkzib edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər