Ukraynada hamı ondan danışır: Özünü körpü ilə birgə partladaraq tankların qarşısını kəsdi - FOTO

Ukraynada hamı ondan danışır: Özünü körpü ilə birgə partladaraq tankların qarşısını kəsdi - FOTO
  • Olay

  • Rusiya Silahlı Qüvvələri ikinci gündür ki, Ukraynanın müxtəlif şəhərlərinə hərbi əməliyyatlar keçirir. Rəsmi olmayan məlumatlara görə, rusiyalı hərbçilər ölkənin müxtəlif şəhərlərinə nəzarət etsə də, Ukrayna ordusu da dünəndən bu günə bir çox əraziləri geri qaytarmağı bacarıb.

    Ukraynalı hərbçilər arasında bəzi bölgələrdə könüllü təslim olanlar olsa da, ölkənin təhlükəsizliyi üçün öz həyatlarından keçənlər də kifayət qədərdir. Belə ki, ötən gün Geniçesk avtomobil körpüsünü partladan və özü də partlayış zamanı həyatını itirən Vitali Skakunu misal göstərmək olar.

    Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb ki, Vitali Skakun öz həyatını qurban vermək bahasına magistral yolun üzərində yerləşən körpünü partladıb və Rusiya ordusuna məxsus texnikaların hərəkətinə maneə yaradıb.//BAKU.WS 
     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər