Asiya.az "Report”a istinadən xəbər verir ki, bu haqda xarici mətbuat orqanları məlumat yayıb.
"Dövlət katibinə Ukraynaya təcili hərbi yardım göstərmək səlahiyyətini verirəm”, - memorandumda deyilir.
Sənəddə qeyd edilir ki, ABŞ dövlət katibi öz səlahiyyətləri çərçivəsində Ukraynaya 250 milyon dollar məbləğində təmənnasız yardım göstərməyin ABŞ-ın maraqlarına uyğun olub-olmadığını müəyyən etməlidir. 350 milyon ABŞ dolları isə hərbi nazirliyin müdafiə vasitələri və xidmətləri, o cümlədən təlim və məşqləri üçün nəzərdə tutulub.
Onu da bildirək ki, Rusiya fevralın 24-dən Ukraynada hərbi əməliyyat keçirir. Rusiya prezidenti Vladimir Putin bunun Ukraynanın demilitarizasiyası üçün lazım olduğunu söyləyib. Bir sıra ölkələr, o cümlədən ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Bu gün - fevralın 26-da isə Putinə qarşı məhdudiyyətlər tətbiq edilib.