Ukraynada döyüşlər zamanı ölən və yaralanan azərbaycanlıların sayı AÇIQLANDI

Ukraynada döyüşlər zamanı ölən və yaralanan azərbaycanlıların sayı AÇIQLANDI
  • Olay

  • Ukrayna ərazisində davam edən hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan Azərbaycanlıların 8 avtomobildən ibarət kolonu 27 fevral 2022-ci il tarixində təxminən 2:00 radələrində tanınmamış "Dnestryanı Respublikası” yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulub.

    Bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib.

    Atəş nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olublar.

    Həlak olanların qohumlarından əldə edulən məlumata əsasən, daha dörd nəfər Azərbaycan vətəndaşı yaralanıb. Hadisə yerinə Ukrayna polisi gəlib, meyitlər morqa, yaralı vətəndaşlar isə xəstəxanaya aparılıb. Yaralananların vəziyyətinin yaxşı olduğu bildirilir.

    Həmçinin 27 fevral 2022-ci il tarixində səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində sakitçilik şəraitində küçəyə su almaq üçün çıxmış Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov naməlum istiqamətdən gülləyə tuş gələrək, qətlə yetirilib.

    Mərhumların nəşlərinin Azərbaycana göndərilməsi planlaşdırılır.//Report
    PAYLAŞ:

    Oxşar xəbərlər