Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı tədbir keçirildi - Foto

Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı tədbir keçirildi - Foto
  • Siyasət

  • Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mərkəzində Pakistanın ölkəmizdəki səfiri Bilal Hayeə rəhbərlik etdiyi Mədəniyyət komitəsi, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupu və Nəfəs İB adından rəssam Kəmalə Musanın Xocalı Soyqırımı əsərini təqdim edən Qənirə Paşayeva deyib: 

    “Pakistan-Azərbaycan dostluq münasibətləri ən yüksək səviyyədə davam etməkdədir. Pakistan sözün əsl mənasında bizim üçün qardaş ölkədir. Mənim Pakistana səfərlərim çox olub. Pakistan haqqında kitab da yazmışam. Pakistanın hər bir bölgəsində “Azərbaycan” sözünə olan sevginin şahidi olmuşam. Bu sadəcə rəsmi şəxslərin, ictimai xadimlərin deyil, həm də xalqın yanaşması idi. Pakistanla bütün istiqamətlərdə əlaqələrin qurulması xüsusi ilə vacib məqamlardandır.

    Bu il Xocalı Soyqırımının 30-cu ildönümüdür. Xocalı soyqırımı hər zaman bizim qəlbimizdə bir ağrıdır. Çünki erməni silahlı qüvvələri uşaq, qadın, yaşlı demədən bizim soydaşlarımızı qətlə yetirib, ağır işgəcələrə məruz qoyublar. Xocalı şəhəri yer üzündən silinib. Bizim əsas məqsədimiz bu soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsidir. Dünyanın bu soyqırımı tanıması, həqiqətləri bilməsi üçün qardaş və dost ölkələrə ehtiyacımız var. Bu baxımdan Pakistana təşəkkür edirik ki, bu qardaş ölkə həmişə Azərbaycanın yanında olub.”

    Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva da cənab səfirə Xocalı Soyqırımının tanınması istiqamətində ölkəsinin dəstəyinə görə təşəkkürünü bildirib, 2 qardaş  ölkə arasında QHT-lər, ictimai təşkilatlar arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə layihələrdə hər zaman dəstəyə hazırıq deyib. 
    Görüşün sonunda komitə sədri Q.Paşayeva cənab səfirə Milli Məclisin Mədəniyyət komitəsi və Nəfəs İB adından istedadlı rəssam Kəmalə Musanın əl işi olan “Xocalı Soyqırımı” əsərini hədiyyə edib.



    PAYLAŞ:

    Oxşar xəbərlər