Lukoşenko Zelinskiyə verdiyi sözü tutmadı: Hücuma keçdi

Lukoşenko Zelinskiyə verdiyi sözü tutmadı: Hücuma keçdi
  • Hərb

  • Belarus qoşunları Rusiyaya yardım etmək üçün Ukrayna ərazisinə daxil olub.

    Bunu "Sever” regional ərazi müdafiəsi idarəsinin nümayəndəsi Vitali Kirilov təsdiqləyib.
    "Belarus müharibəyə qoşuldu. Çerniqov bölgəsinə Belarus qoşunları daxil olub”, - o bildirib.

    Asiya.az xəbər verir ki, Ukrayna Prezidenti Zelenski Lukoşenkonun Ukrayna ərazisinə hücum etməyəcəyi ilə bağlı ona söz verdiyini demişdi. Zelenskinin 27 fevralda yazdığı statusda deyilirdi: 

    "Aleksandr Lukaşenko ilə söhbət çox subyektiv olub. Mən Belarusdan Ukraynaya raketlərin, təyyarələrin uçmasını istəmirəm. Mən Belarusdan Ukraynaya qoşun getməsini istəmirəm. Və o, məni buna əmin etdi".
    PAYLAŞ:

    Oxşar xəbərlər