Ramzan Kadırov Putinə: “Sizə görə canımı verməyə hazıram"

Ramzan Kadırov Putinə: “Sizə görə canımı verməyə hazıram"
  • Siyasət

  • "Cənab Prezident, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm". 

    Asiya.az
    Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə müraciətində deyib.

    O, deyib ki, döyüşçüləri Kiyevi 1 günə ələ keçirə bilər:  

    "Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər