Bakıda dəhşət: Qadın polis bölməsinin həyətində ərini bıçaqladı

Bakıda dəhşət: Qadın polis bölməsinin həyətində ərini bıçaqladı
  • Olay

  • Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Asiya.az
    "Report"a istinadən xəbər verir ki, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.

    Belə ki, həyat yoldaşı N. J. tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəllüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.

    Daha sonra 34-cü polis bölməsinin həyətində N.H. ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.

    Faktla bağlı araşdırma aparılır
    PAYLAŞ:

    Oxşar xəbərlər