Asiya.az xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə bir neçə balta zərbəsi ilə qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.
Rayon polis əməkdaşları şübhəli şəxs qismində qadının həyat yoldaşı Vahid İbadovu və kürəkənini polis şöbəsinə aparıblar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.