Asiya.az xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 2,42 dollar artaraq 130,40 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barelinin qiyməti isə 1,93 dollar artaraq 125,63 dollar olub.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 103,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,38 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 137,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,59 dollar/barel çoxdur.
Birjalarda neftin bahalaşması Azərbaycan neftinə də təsirsiz ötüşməyib. Belə ki, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 135,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 134,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,64 dollar/barel çoxdur.