Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub

Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub
  • Hərb

  • Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər