Dünya çempionun qətlə yetirən “Emin 444”ün xalası oğludur - FOTOLAR

Dünya çempionun qətlə yetirən “Emin 444”ün xalası oğludur - FOTOLAR
  • Hadisə

  • Bakıda kriminal avtoritet "Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.

     

    Asiya.az xəbər verir ki, Qafqazinfo qətlin baş verdiyi yerdən fotolar əldə edib.

     

    Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən "Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

     

    Dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

     

    Bu barədə "Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
     

    Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

     

    Məlumata görə, S.Şirəliyev kriminal aləmdə "Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

     

    Xatırladaq ki, qətl gecə saatlarında baş verib. Kriminal avtoritet "Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.





    PAYLAŞ:

    Oxşar xəbərlər