Azərbaycanda çay məcrasında çıxdı: Kəndlər təhlükə ilə üz-üzə

Azərbaycanda çay məcrasında çıxdı: Kəndlər təhlükə ilə üz-üzə
  • Manşet / Olay

  • Cəlilabadda əkin sahələrini su basıb.

    Rayon ərazisindən keçən Mişarçay məcrasından çıxıb.

    Yerli sakinlərin sözlərinə görə, çayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb.

    Məlumata görə, yaşayış məntəqələrinin müəyyən hissəsinin də su altında qalmaq təhlükəsi yaranıb.

    Təhlükəni sovuşdurmaq üçün bu istiqamətdə tədbirlər həyata keçirilir.//Report
    PAYLAŞ:

    Oxşar xəbərlər