Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alındı - FOTO

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alındı - FOTO
  • Hadisə

  • Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.

    Asiya.az "Report”a istinadən xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. 

    Bildirilir ki, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini ələ keçirib.

    Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

    Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.
     
     

     

     

     

     

     

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər