Yeni xəbər portalı istifadəyə verildi – “Azinfo.az”

Yeni xəbər portalı istifadəyə verildi – “Azinfo.az”
  • Sosial

  • “Azinfo.az” adlı yeni xəbər portalı Rauf Cəbiyev tərəfindən təsis edilib. 

    Baş direktoru da Rauf Cəbiyev olan saytın redaktoru Ramiq Cəbiyevdir.


    Xəbər portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxuculara çatdırır.

    Asiya.az-a danışan Rauf Cəbiyev bildirib ki, saytımızda redaksiya heyəti ilə yanaşı izləyicilərin də rolu var. Belə ki, onlar dərc edilməsi istədikləri xəbərləri saytda qeyd edilən əlaqə vasitələrilə bizə bildirə və yayınlanmasını təmin edə bilərlər.

    “Ən yaxın zamanda  saytda texnobloq və avtobloqların, eyni zamanda müxtəlif mövzularla bağlı ssenarili videoçarxların da yayınlanması planlaşdırılır.” – deyə baş direktor bildirmişdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər