Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı

Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı
  • Hərb

  • "Ermənilərin informasiya təxribatı davam edir".

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

    "Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - nazirlikdən qeyd olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər