Qafqazda vəziyyət qarışır: Cənubi Osetiya Rusiyaya birləşəcəyini açıqladı!

Qafqazda vəziyyət qarışır: Cənubi Osetiya Rusiyaya birləşəcəyini açıqladı!
  • Siyasət

  • Qondarma Cənubi Osetiya Respublikası Rusiyanın tərkibinə daxil olmaq üçün referenduma hazırlaşır.

    Asiya.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən qondarma Cənubi Osetiya Respublikasının Rusiyaya birləşməyə hazırlaşdığı məlum olub.

    Qərb mediasının yazdığı məlumata görə, fevralın 24-dən Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Qafqaz regionunda yeni böhran yaranmaq üzrədir. Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiya Rusiyaya qoşulmaq üçün konkret addımlar atır.

    Qondarma Cənubi Osetiya Respublikasının prezidenti Anatoli Bibilov açıqlamasında bildirib ki, Rusiya ilə birləşmənin strateji məqsədləri var və bunun üçün referendum keçirilməlidir:

    "Biz tezliklə müvafiq hüquqi addımlar atacağıq", - deyə Bibilov açıqlamasında bildirib.

    Onu da qeyd edək ki, 1992-1993-cü illərdə Gürcüstan ordusu ilə Rusiyanın dəstəklədiyi Abxaziya separatçıları arasında 13 aylıq müharibə olub. Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi tanınan münaqişələr 2008-ci ildə başlayıb və müharibədən sonra Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya regionları birtərəfli qaydada Gürcüstandan müstəqilliklərini elan ediblər. Rusiya bu iki regionun qondarma müstəqilliyini 2008-ci ildə tanıyıb. 

    Ayşən Mirzəyeva
    PAYLAŞ:

    Oxşar xəbərlər