Gömrükdəki qiymətləri məmur şirkətləri tənzimləyir

Gömrükdəki qiymətləri məmur şirkətləri tənzimləyir
  • Araşdırma / İqtisadiyyat

  • Gömrük Komitəsində baş verən hadisələr cəmiyyətin bu quruma olan etimadını hər gün azaldır. Komitənin qanunsuz əməlləri ilə bağlı media qurumlarına şikayətlər ünvanlayan sahibkarların da sayı durmadan artmaqdadır. Məsələ o qədər ciddi hal alıb ki, ali qanunverici orqanda - Milli Məclisdə də gömrük sistemindəki özbaşnalıqlarla bağlı haqlı fikirlər səsləndilib. Sahibkarlara müxtəlif qiymət siyasəti ilə yanaşan Gömrük işçiləri bütün qanunsuzluqları özbaşına şəkildə deyil, birbaşa Komitə rəhbərliyinin razılığı ilə həyata keçirirlər. 
    Kimdir idxal olunan məhsula qiymət qoyan?
    Mediada gedən şikayətləri araşdırdıqda məlum olur ki, umumi dəyəri 100 min manatlıq məhsula mövcud qanunvericiliklə yanaşmayan Gömrük əməkdaşları 18% deyil, məhsulun Azərbaycanda satılan qiymətin 18%-ni tələb edirlər. Bəzi hallarda Gömrük dəyəri sıfır olan məhsulların günlərlə laboratoriya adı ilə saxlanması da sahibkarı bezdirən bezdirən hallardan biridir.  

    Keçək mətləbə... Gömrükdəki qanunsuzluqlardan bezən sahibkarlar nəticədə məmurlara məxsus “Karqo” şirkətlərə üz tutur. Hamıya məlumdur ki, “Karqo” şirkətlərinin arxasında hansısa bir məmur dayanmasa, o fəaliyyət göstərə bilməz. Həmin “Karqo” şirkətlərinin də rəhbərləri Gömrük Komitəsinin rəhbərliyi ilə anlaşma əsasında umumi razılığa gərlərək ortaq bir qiymət alırlar. Bu o anlama gəlir ki, sahibkar bezdiyi halda “Karqo” şirkətinə üz tutmaqla öz işini asanlaşdırmış olur. Heç bir əziyyət çəkmədən sadəcə pulu ödəyir həmin məmurların Karqo şirkətinə, məhsulları qapısıan qədər gəlib çıxır.

    Redaksiyamıza daxil olan məlumata görə, elə şirkətlərdən biri də “Lion Centre” MMC-dir.
    Bir müddət öncə müxtəlif xəbər saytlarında “Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanovun Dövlət Gömrük Komitəsinə qarşı səsləndirdiyi ciddi ittiamlar yer alırdı. R.Aslanovun ittihamları əsasən Komitə sədri Səfər Mehdiyevə, Bakı Şəhər Baş Gömrük İdarəasinin rəhbərliyinə və Hava Nəqliyyat Baş Gömrük İdarəsi Gömrük rəsmiləşdirilməsi idarəsinə qarşı yönəlirdi. 

    Gömrük Komitəsində özbaşınlıqların, rüşvət və korrupsiya hallarının olduğunu heç kəs inkar etmir. Komitə sədrinə, sədr müavinlərinə, idarə və şöbə rəislərinə, onların yaxınlarına məxsus onlarla broker şirkəti fəaliyyət göstərir. Bu şirkətlər gömrük sistemində ciddi monopoliya yaradıb. Heç kəsin çıxara bilmədiyi qiymətləri də məhz bu şirkətlər və onların əsl sahibləri müəyyənləşdirirlər. Gömrük Komitəsinin vəzifəli şəxslərinə məxsus dəbdəbəli mənzillərin, bahalı maşınların, ticarət obyektlərinin olması bütün bunları bir daha təsdiq edir. 

    Bir müddət əvvəl Gömrük Komitəsində “islahat” adı altında növbəti inzibati şou nümayiş olundu. Kənan Məmmədov Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə Pərviz Kəngərli təyin edildi. 

    Asiya.az-ın əldə etdiyi məlumata görə, iş adamı R.Aslanov P.Kəngərli ilə əlbir olaraq Gömrük Komitəsini hədəfə alıb. Hətta bütün bunlardan xəbərdar olan K.Məmmədovla P.Kəngərli arasında münasibətlər daha da gərginləşib. Təbii ki, nəticə yenə dəyişməyib, sonda Hava Nəqliyyat Baş Gömrük İdarəsi Gömrük rəsmiləşdirilməsi idarəsinin rəisi vəzifəsində çalışan P.Kəngərlinin “əməyi” doğrulur və o, Bakı Şəhər Baş Gömrük Komitəsinə rəis vəzifəsinə gətirilir. Ona bu işdə kömək olan Hava Nəqliyyat Baş Gömrük İdarəsi Gömrük rəsmiləşdirilməsi idarəsinin rəisi Bəhruz Quliyev də yardımçı olur. 

    Maraqlıdır, iş adamı R.Aslanov Gömrük Komitəsinə yönəlmiş ittihamlarında P.Kəngərlini də “vururdu”. Razılaşdırılmış şəkildə həyata keçirilən bu plan P.Kəngərli üçün düşərli olsa da, iş adamının bəxti bir o qədər də gətirmir. Öz ittihamlarında dövlət başçısının sahibkarlara göstərdiyi diqqətdən özünə qalxan düzəldən R.Aslanov sui-istifadə halları ilə Gömrük Komitəsini “tavana” oturtmağa çalışır. Məsələn, onun əsas tələblərindən biri budur ki, istədiyi qədər, istədiyi həcmdə və heç bir yoxlanış keçirilmədən xaricdən gətirdiyi malları ölkəyə daşıya bilər. Yəni, onun qarşısında heç bir qanunu tələb qoyulmamalıdır. 

    Broker şirkətlərdən birinin rəhbərinin saytımıza bildirdiyinə görə, R.Aslanov həyata keçirdiyi qanunsuzluqları ölkə rəhbərliyində təmsil olunan müxtəlif şəxslərin adını çəkməklə ört-basdır etmək istəyir. 

    Qeyd edək ki, Gömrük Komitəsi də açıqlama verərək iş adamının qanunsuz tələbləri barədə ictimaiyyəti məlumatlandırmışdı. 

    Burada təəccüblü heç yoxdur, Gömrük Komitəsi böyük qanunsuzluqlara imza atır və bu barədə kütləvi mətbuatda zaman-zaman kifayət qədər ciddi şikayətlər də işıqlandırılır. Bütün bu qanunsuzluqları görə iş adamı da öz qanunsuz tələblərini irəli sürməli olur. 

    Gömrük Komitəsində izaholunmaz “islahatlar” barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Bütün bunlar barədə daha sonra... Məsələn, “Lion Centre” MMC də daxil olmaqla, digər böyük broker şirkətlərinin müxtəlif məmurlara bağlılığınin istiqamətləri də yeni formada həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər