AFFA rəsmisini döyən oyunçuya ağır cəza verildi

AFFA rəsmisini döyən oyunçuya ağır cəza verildi
  • İdman

  • AFFA İntizam Komitəsi "Rəvan" komandasının futzalçısı Sabir Həsənovu 1 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

    Buna oyunçunun İkinci Liqada "Timsport"la görüşdə AFFA rəsmisini təhqir etməsi və ona fiziki təsir göstərməsi səbəb olub.

    Həsənov 26-cı dəqiqədə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulandan sonra bu addımı atıb. Futzalçı yenidən meydana daxil olaraq hakimlər briqadasını da təhqir edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər