Efirə plakatla çıxan jurnalistin yeni iş yeri məlum oldu

Efirə plakatla çıxan jurnalistin yeni iş yeri məlum oldu
  • Cəmiyyət

  • Rusiya televiziyasında "müharibəyə yox” pankartı açan jurnalistin taleyi müəyyənləşib.
     
    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyada televiziya kanallarından birində "müharibəyə yox” pankartı açdıqdan sonra saxlanılan jurnalist Marina Ovsyannikovanın taleyi məlum olub.
     
    Marina Almaniyanın aparıcı qəzetlərindən biri olan "Die Welt”də müxbir kimi işə başladığını açıqlayıb.
     
    Etirazçı jurnalist indi dünyanın müxtəlif yerlərindən, xüsusən də Ukrayna və Rusiyadan reportajlar hazırlayacaq, müxtəlif KİV-lərdə mütəmadi yazılar dərc edəcək.
     
    Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya telekanalının canlı yayımında müharibəyə etiraz etmək istəyən jurnalist Marina Ovsyannikova "müharibəyə yox” pankartı açıb, daha sonra saxlanılıb. Hadisə dünya gündəminə böyük təsir edib və Fransa prezidenti Emmanuel Makron jurnalistə sığınacaq təklif edib.
     
    Ovsyannikova Rusiyada saxlanıldıqdan 14 saat sonra 30 min rubl pul cəriməsi qarşılığında sərbəst buraxılıb. Lakin jurnalist cəzadan tam xilas ola bilməyib, yenidən istintaqa cəlb olunmaq və həbs olunmaq ehtimalı var idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər