Prezident Mərkəzi Banka sədr təyin etdi - SƏRƏNCAM

Prezident Mərkəzi Banka sədr təyin etdi - SƏRƏNCAM
  • Siyasət / Manşet

  • Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

    Asiya.az
    xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsini bitirib.

    2004-2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın “Georgia State University” universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib.

    O, 2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) və 2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) bitirib.

    Taleh Kazımov “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib.
    2004-cü ildən isə maliyyə sektorunda peşəkar fəaliyyətə başlayıb. O, 2004-2006-cı illərdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, 2006-2007-ci illərdə “Ernst & Young” şirkətində auditor, 2007-ci ildə bir neçə ay “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

    2007-ci ilin iyul ayından etibarən isə “PAŞA Bank”da fəaliyyətə başlayıb. Taleh Kazımov adıçəkilən bankda 2011-ci ilə qədər müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildə ildə isə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü seçilib.

    2015-ci ildə isə “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

    Ailəlidir, iki övladı var.

    PAYLAŞ:

    Oxşar xəbərlər