Sərxoş halda qəza törədən polis polkovniki işdən çıxarıldı

Sərxoş halda qəza törədən polis polkovniki işdən çıxarıldı
  • Siyasət

  • Polis polkovniki işdən çıxarılıb.

    Asiya.az
    -ın Lent.az-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

    Onun yerinə hələlik təyinat yoxdur.

    Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.

    V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı. 
    PAYLAŞ:

    Oxşar xəbərlər