İraqda qum qasırğasına görə üç hava limanı bağlandı

İraqda qum qasırğasına görə üç hava limanı bağlandı
  • Olay

  • İraqda davam edən şiddətli qum qasırğası ilə əlaqədar üç beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.

    Asiya.az Trend-ə istinadən bildirir ki, paytaxt Bağdadla yanaşı Nəcəf və Süleymaniyyə şəhərlərində aeroportlar bağlanıb.

    Qeyd olunur ki, ölkə ərazisində indiyədək 2 min nəfər qasırğadan zərər çəkib. Bazar ertəsi İraqın yeddi əyalətində qeyri-iş günü elan edilib. Tədris müəssisələri bağlanıb.

    İraq hökuməti qasırğa bölgəsində əhalini zərurət olmadan evi tərk etməməyə, açıq havada olarkən maska və respiratorlardan istifadə etməyi tövsiyə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər