Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq

  • Sosial

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 may 2022-ci il tarixdə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışını etmişdir. Açılışda çıxış edən Prezident İlham Əliyev bir çox məsələlərə toxunaraq, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqının 104 il bundan əvvəl müstəqilliyə qovuşduğunu, ancaq birinci respublikanın çox yaşaya bilmədiyini, süqut etdiyini, cəmi iki ilə yaxın müddət ərzində yaşadığını bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim hörmətlə anıldığını söylədi.

    Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətin yarıtmaz siyasəti nəticəsində müstəqilliyimiz təhlükə altına düşmüşdür. 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başladı. Ümummilli Liderimizin və önun layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü xarici və daxili siyasəti nəticəsində bu gün Azərbaycan Dünya miqyasında sürətlə inkişaf edən ölkələrdən biridir. Bu gün Azərbaycanın hərbi gücü artır, bu gün Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir, bu gün Azərbaycanda sabitlik, təhlükəsizlik höküm sürür.

    Cənab Prezident İlham Əliyevin çıxışında dediyi kimi “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”.

    Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

    Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.

    Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.

    Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.

    Günel Yaqubova,

    Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 may 2022-ci il tarixdə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışını etmişdir. Açılışda çıxış edən Prezident İlham Əliyev bir çox məsələlərə toxunaraq, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqının 104 il bundan əvvəl müstəqilliyə qovuşduğunu, ancaq birinci respublikanın çox yaşaya bilmədiyini, süqut etdiyini, cəmi iki ilə yaxın müddət ərzində yaşadığını bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim hörmətlə anıldığını söylədi.

    Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətin yarıtmaz siyasəti nəticəsində müstəqilliyimiz təhlükə altına düşmüşdür. 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başladı. Ümummilli Liderimizin və önun layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü xarici və daxili siyasəti nəticəsində bu gün Azərbaycan Dünya miqyasında sürətlə inkişaf edən ölkələrdən biridir. Bu gün Azərbaycanın hərbi gücü artır, bu gün Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir, bu gün Azərbaycanda sabitlik, təhlükəsizlik höküm sürür.

    Cənab Prezident İlham Əliyevin çıxışında dediyi kimi “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”.

    Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

    Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.

    Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.

    Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.

    Günel Yaqubova,

    Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı 

    PAYLAŞ:

    Oxşar xəbərlər