Azərbaycanlı müğənnidən polisə MÜRACİƏT: "Hansısa fırıldaqçı..."

Azərbaycanlı müğənnidən polisə MÜRACİƏT: "Hansısa fırıldaqçı..."
  • Olay

  • Müğənni Vaqif Şıxəliyev polisə müraciət edib. 
     
    Asiya.az
    Lent.az-a istinadən bildirir ki, bu barədə Şıxəliyev öz şəxsi "Instagram" hesabına məlumat verib. 

    Müğənninin polisə müraciət etməsinin səbəbi ona qarşı edilən dələduzluqdur. Onun dediyinə görə, bir şəxs onun adından istifadə edərək dostlarından pul yığıb: 

    "Diqqət! Dostlar, mənim adımdan profil şəklimi qoyub, sizlərdən kart nömrəsi ataraq pul istəyən olarsa, aldanmayın. Hansısa firildaqçı, dolandırıcılar bir neçə insanı "xəstəxanadayam, pulum çatmır” adı ilə guya Vaqif Şıxəliyevdir deyib, karta pul köçürmələrini istəyib.

    Sizdən ehtiyatlı olmağınızı, heç cür belə fırıldaqçılara inanmamağınızı xahiş edirəm. Bu hərəkəti edən dələduzlar qanun qarşısında cavab verəcəklər! Artıq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmişəm". 
    PAYLAŞ:

    Oxşar xəbərlər