Asiya.az "Report"a istinadən xəbər verir ki, bunu "SOCAR Downstream” şirkətinin direktor müavini Emil Alxaslı Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.
E.Alxaslı bildirib ki, nəticədə zavodda ildə 2 milyon ton avtomobil benzini istehsal ediləcək: "Bu həcmlərin 60%-i Aİ-92 markalı benzinin, 40%-i isə Aİ-95 markalı benzinin payına düşəcək. Yenidənqurma və modernizasiya işlərinin əsas məqsədlərindən biri ölkənin benzin və dizelə tələbatını 2040-cı ilə qədər tam ödəməkdir. Öz növbəsində, artıq qalan yanacaq həcmləri ixraca yönəldiləcək".
"Yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsi 2023-cü ildə bitəcək, ikinci mərhələnin başa çatması isə 2027-ci ilin sonuna planlaşdırılır. Layihə nəticəsində NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək”, - deyə E.Alaxalı əlavə edib.