Dünya bu hadisədən danışır: 12 yaşlı uşağı öldürən inək həbs edildi

Dünya bu hadisədən danışır: 12 yaşlı uşağı öldürən inək həbs edildi
  • Maraqlı

  • 12 yaşlı uşağı öldürən inək həbs olunub.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Sudanda 12 yaşlı uşağı vəhşicəsinə qətlə yetirməkdə təqsirli bilinən inək həbs olunub.

    Cənubi Sudan səlahiyyətliləri bildirib ki, 12 yaşlı bir uşağın qətlinə görə polis bölməsində saxlanılan heyvanın günahı sübuta yetirilərsə, onu ağır həbs cəzası gözləyir.

    Cənubi Sudan polisinin sözçüsü İlyas Mabor təsdiqləyib ki, o vaxtdan bəri inəyin Rumbek Mərkəzi Dairəsində polis bölməsində saxlanılır. Heyvanın tutulduğu, ittiham olunduğu və həbs olunduğu bu hadisə ölkədə ilk deyil. Bir ay əvvəl də qoç 45 yaşlı qadını öldürməkdə günahlandırılıb.

    İnsanın ölümünə səbəb olan istənilən ev heyvanının cəzasını çəkdikdən sonra zərərçəkənin ailəsinə təzminat kimi verildiyi bildirilib.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər