Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
Bəzi şəkillərdə isə "Covid-19” dövrünə aid "Evdə qalın, həyat qurtarın" şüarı yazılıb.
Yeni virusla bağlı narahatlıqlar başadüşülən olsa da, alimlər onun "Covid-19”-dan fərqləndiyini, yoluxuculuq qabiliyyətinin daha az olduğunu bildirirlər.
Artıq meymunçiçəyi virusuna qarşı peyvənd də var.
Təcrübə göstərir ki, xəstələr meymunçiçəyi virusunu yalnız simptomlar ortaya çıxandan sonra ötürə bilirlər və bu, yoluxma faktlarını aşkar etməyi və onların qarşısını almağı asanlaşdırır.
"Buna görə də virusa qarşı tədbirlər arasında qapanmalar və ya kütləvi vaksinasiya olmayacaq" - Oksford Universitetinin Pandemiya Elmləri Mərkəzinin professoru Peter Horby belə deyir.
Amma virusa yoluxmuş şəxslərə və onların yaxınlarına karantin tətbiq edilir, peyvənd vurulur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adından danışan Rosamund Lewis kütləvi vaksinasiyaya ehtiyac olmadığını bildirib. ÜST səyahət qadağalarına da ehtiyac görmür.
Meymunçiçəyi virusu laboratoriyada hazırlanıb?
Çin, ABŞ, Rusiya və Ukraynadakı bəzi sosial media hesablarında və hətta bəzi xəbər mənbələrində virusun laboratoriyada istehsal edildiyi və bioloji silah kimi istifadə oluna biləcəyi iddiaları yer alıb.
Ancaq virusun DNT ardıcıllığına baxaraq mənşəyini müəyyən etmək mümkündür. Genetika alimi Fatima Tokhmafshan bu üsulu bir poçt bağlamasının ştrix-kodunu oxumaqla marşrutunu izləməyə bənzədir.
Virusun genetik ardıcıllığı xəstəliyin geniş yayıldığı Qərbi Afrika virusunu nişan verir, bu isə "onun laboratoriyada istehsal olunmadığını göstərir”.