Asiya.az xəbər verir ki, "WhatsApp” yeni özəlliyi istifadəyə verir.
Bəs "Whatsapp”dan mesaj gələndə göndərənin profil şəklini necə gizlətmək olar?
"WhatsApp” hələ ki, bildirişlərdən profil şəklini silmək üçün ayrıca seçim təklif etmir. Amma "WhatsApp”da mesaj göndərənin profil şəklini gizlətmək üçün bunları addım-addım etmək lazımdır:
"Whatsapp” tətbiqinə daxil olun. Proqrama daxil olduqdan sonra "Parametrlər” üzərinə klikləyin. Açılan ekranda "Bildirişlər” seçimini daxil olun. Daha sonra sonra bu ekranda "Mesajlar” başlığının altındakı "Təcili bildiirşlərdən istifadə edin” düyməsini söndürməlisiniz.
Beləliklə, "Whatsapp”dan mesaj gələndə əsas ekranda bildirişlər görünmür və mesajı göndərən şəxsin profil şəkli telefon ekranında görünmür.
Aydın Nuri