Məleykə Əsədovanın qızının məzun günündən - FOTOLAR

Məleykə Əsədovanın qızının məzun günündən - FOTOLAR
  • Mədəniyyət

  • Xalq artisti Məleykə Əsədovanın qızı orta məktəbi bitirib.

    Asiya.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında bildirib. O, gözünün ağı-qarası olan yeganə qızı Güləri orta təhsil müəssisəsini bitirməsi münasibətilə təbrik edib.

    Xalq artisti övladı ilə fotolarını paylaşaraq ona xoş sözlərini yazıb:

    "Şükür olsun Allahıma, qızımın son zəngini gördüm! Son zəng! Çox şükür olsun mənim ağıllı qızım məktəbi bitirdi! məktəbi oxuduğu illərdə, Gülərimə dərs deyən müəllim kollektivinə təşəkkür edirəm!

    Təhsil aldığı 11 il ərzində müəllimlər həmişə qızımın savadından, tərbiyəsindən çox gözəl fikirlər söyləyiblər! Qızım bu illər ərzində tərbiyəsi və mədəniyyəti ilə başımı uca edib! 1-ci sinifə getdiyi gün, ilk məktəb gün bu günkü gün kimi yadımdadı! Allah valideyinləri övladı ilə sevindirsin! Amin! Ürəyim qızımın aldığı nəfəslə döyünür!".


     

     

     

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər