Alçanı duzla yeməyin: Bu xəstəliklərə tutula bilərsiniz

Alçanı duzla yeməyin: Bu xəstəliklərə tutula bilərsiniz
  • Maraqlı

  • Alçanı belə yeməyin.

    Havaların istiləşməsi ilə yay meyvələri bir-bir piştaxtalarda öz yerini tutmağa başlayıb. Onlardan biri də alçadır. Sevənlərin sevdiyi, hətta yemək üçün günü səbirsizliklə gözlədiyi alça, dadı ilə yanaşı faydaları ilə də ön plana çıxır. Turş, sulu və dadlı yaşıl alça həm də ürək sağlamlığını qoruyur, dərini gözəlləşdirir, immuniteti gücləndirir, qəbizliyi aradan qaldırır. 


    Asiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər yaşıl alçanı duzla yeməyin zərərindən danışıb. Bildirilib ki, alça çox vaxt duzla yeyilsə də, əslində çox yanlışdır. 

    Həkim bildirib ki, isti yay günlərində həm kalorisi az, həm də sərinlədici təsiri olduğundan daha çox yeyilən meyvə alçadır. Az qlisemik indeksli, tərkibindəki vitamin və minerallar sayəsində pəhriz proqramlarında istifadə edilən alça hamilələr üçün də çox faydalıdır:

    -Kişilərdə yaranan potasium əskikliyində rol oynayır.

    -Qəbzliyə faydalıdır və sinir sistemini tənzimləyir.

    -Qansızlığa faydalıdır.

    -Antioksidan təsiri ilə xərçəngdən qoruyur və dəriyə gözəllik verir.

    -Dəridə yaranan sızanaq, dəri ləkələri zamanı tövsiyə edilir.

    -Dərini gəncləşdirir.

    -Ürək xəstəlikləri, xolesterol və damar tıxanıqlarında alça tövsiyə edilir.

    -Uşaqların böyüməsində yarana biləcək problemlərin həlli və arıqlama pəhrizlərində yay ayının əvəzedilməz meyvəsidir.

    -Kişilərdə şəkər ehtiyacı yarananda çiyələk və alçadan ibarət 1 kasa meyvəni yemək bəs edəcək.

    Lakin bu faydalarla yanaşı, alçanı duz ilə yemək bir o qədər zərərlidir:

    "Alçanın duzlanaraq yeyilməsi bədəndə su tutulmasına və ödəm yaranmasına, bu da öz növbəsində kilo almağa səbəb olur. Buna görə alçanı duzla yeməyin. Alça qaynadılaraq kompot şəklində içiləndə ana südünün artmasına və qəbzlik probleminin həllinə yardım edir. II tip şəkər xəstələrində şəkərin nizamlanmasında və aşağı salınmasında təsirlidir”.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər