Baş ağrısı olanlara diqqət: Bunları mütləq edin

Baş ağrısı olanlara diqqət: Bunları mütləq edin
  • Maraqlı

  • Baş ağrısı gündəlik həyatımızda bizə mənfi təsir edən ən çox yayılmış sağlamlıq problemlərindən biridir. 

    Asiya.az
    Türkiyə mediasına istinadən bildirir ki, Nevroloq Dr. Hayal Toktaş baş ağrılarının növləri və baş ağrısına nəyin yaxşı olduğu haqqında məlumat verib. Bu ağrıların hər kəsdə eyni formada hiss olunmadığını da vurğulayıb.

    Küt, kəskin, çırpınan, davamlı, aralıqlı, yüngül və ya şiddətli olmaqla baş ağrılarını bir neçə yerə bölüb. Bu şikayətlərdəki fərq baş ağrılarının müxtəlif səbəblərdən yaranması ilə bağlıdır. 
    Müxtəlif səbəblərə görə baş ağrısının bir çox növü var. Gərgin tipli baş ağrısı, klaster tipli baş ağrısı və miqren tipli baş ağrıları başqa heç bir xəstəlik olmadan baş verən ən çox görülən əsas baş ağrılarıdır. Allergik xəstəliklər və ya sinüzit səbəbiylə baş ağrısı, xüsusilə menstruasiya dövründə qadınlarda görülən hormon baş ağrısı, kofein baş ağrısı, travmaya bağlı baş ağrısı, hipertoniya səbəbiylə baş ağrısı, beyin şişi və ya anevrizma yaşana bilər. Baş ağrısının bir çox növü olduğu üçün ağrının növünü təyin etmək üçün nevroloqa müraciət edərək müayinə aparılmalıdır. Bu fərqlilikdə Kompüterli Tomoqrafiya (CT), Maqnetik Rezonans (MR) kimi görüntüləmə üsullarından istifadə edilə bilər.
     
    Oksana
    PAYLAŞ:

    Oxşar xəbərlər