Kanal 13-ün rəhbərini təhdid edən şəxs saxlanıldı

Kanal 13-ün rəhbərini təhdid edən şəxs saxlanıldı
  • Hadisə

  • Bakıda jurnalist, Kanal-13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovu təhdid edən şəxs saxlanılıb.
     
    Asiya.az
    xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin sözcüsü Elşad Hacıyev məlumat verib. 

    Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda polis orqanındadır. Araşdırmalar aparılır.

    Qeyd edək ki, jurnalist bir neçə gündür ki, naməlum şəxs tərəfindən təhdid olunduğunu deyir. O həmin şəxsin videogörüntülərini də paylaşmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər