"Davam"ın "Yay Universiteti"nin sonuncu günündə gənc liderlərin iştirakı ilə "Mədəni Gecə" baş tutub və proqram çərçivəsində komandalar yaradıcı formatda komanda işlərini nümayiş etdiriblər.
Daha sonra isə layihənin yekunlaşması ilə bağlı olaraq "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı iştirakçılarla görüşüb, onları layihəni uğurla başa vurmaları münasibəti ilə təbrik edib, fikir və təkliflərini dinləyib.
Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi, Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular”, "Az-Granata" kimi biznes subyektlərinə, o cümlədən bütün media partnyorlarına öz təşəkkürünü bildirir.