Keçmiş məhkumlar Masallı sakinini hədələyib, taladılar

Keçmiş məhkumlar Masallı sakinini hədələyib, taladılar
  • Hadisə

  • Bakıda taksidə quldurluq  hadisəsi olub.

    Bu barədə Asiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində "Tofaş" markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan pul qabısı quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər