Şagirdlərin yerdəyişməsinə start verildi

Şagirdlərin yerdəyişməsinə start verildi
  • Sosial

  • 2022-2023-cü tədris ili üzrə II-IX və XI siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.

    Elm və Təhsil Nazirliyindən Asiya.az-a bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

    Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

    Valideynlər sentyabrın 9-u saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

    X siniflər üçün isə elektron sistem avqustun 15-i saat 11:00-dan etibarən aktivləşdiriləcək.

    Qeyd edək ki, aşağıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

    İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

    1. Heydər Əliyev adına lisey;

    2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

    3. 132-134 nömrəli Təhsil Kompleksi;

    4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

    5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

    6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;

    7. "Zəngi" liseyi;

    8. Bakı Avropa Liseyi;

    9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

    10 Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

    11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.
    PAYLAŞ:

    Oxşar xəbərlər