Asiya.az xəbər verir ki, "Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi şəhid yadigarlarının gələcəyinə töhfə vermək, onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Mobil operator düşərgənin 4-cü həftəsində uşaqlar üçün mobil rabitə ilə bağlı interaktiv təlim təşkil edib.
Şəhid övladlarına dəstəyin vacibliyini diqqətə çatdıran Əziz Axundov: "Nar” olaraq bizim üçün xüsusi əhəmiyyətə malik olan bu layihənin bir parçası olmaqdan qürur duyur, uşaqların düşərgə zamanı əldə etdikləri təcrübələrin onların şəxsi inkişafına böyük töhfə verəcəyinə inanırıq”, - deyə qeyd edib.