Asiya.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin tabeliyindəki Dövlət Ekoloji Ekspertiza Agentliyinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi ilə yanaşı, dəyişdirilməsi səlahiyyəti də Prezidentə məxsus olacaq.
Bundan başqa, dövlət başçısının qərarı ilə Agentliyin idarəetmə orqanları yaradıla bilər.