Millət vəkili Anar İsgəndərov seçiciləri ilə görüşdü – FOTOLAR

Millət vəkili Anar İsgəndərov seçiciləri ilə görüşdü – FOTOLAR
  • Sosial / Manşet

  • 25 avqust 2022-ci il tarixində Milli Məclisin deputatı, professor Anar İsgəndərov Masallı rayonu Bədəlan kəndində vətəndaşlarla səyyar-görüş keçirdi.

     

    Asiya.az xəbər verir ki, səyyar görüşdən əvvəl millət vəkili kənddə yerləşən “Şəhidlər bulağı” xatirə kompleksini ziyarət edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Bədəlan şəhidlərinin ruhlarına dualar oxudu.

     

    Bədəlan inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş tutan görüşdə öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra millət vəkili seçicilər qarşısında görülən işlər barəsində hesabat xarakterli məlumat verdi.

     

    Görüşdə sakinlərdən Bəylər Həbibov kənddən keçən əsas yolda işıqforun, piyada keçidinin, Arif Mehdiyev Tibb məntəqəsində istilik sisteminin olmamasından gileyləndi.

     

    Fəxrəddin Babayev övladı Vətən müharibəsi iştirakçısı Nəsirulla Babayevin “veteran vəsiqəsi” ala bilməməsini, Belarus əsilli vətəndaş Mananikava Sviatlana Vladimirovna yaşayış yerinə təbii qaz xəttinin çəkilməsində yaranan əngəldən danışdı. 

     

    Gülşən Rzayeva ünvanlı sosial yardım düzəltməkdə, Əmrah Mirzəyev iş tapmaqda deputatdan kömək istədilər.

     

    Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova məktəbin 11 illik tam orta məktəb edilməsinin zəruriliyindən bəhs edərək, millət vəkilindən adiyatı qrumlar qarşısında bu məsələni qaldırmağı xahiş etdi.

     

    Kənd ağsaqqalı Mirhəsən Cəfərov və digərləri ölkədə, eləcə də rayonda görülən abadlıq-quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. 

     

    Millət vəkili seçicilərin bəzi xahiş və istəkləri yerində həll edilib, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verib.













    PAYLAŞ:

    Oxşar xəbərlər