Masallı sakini Ukraynanın azadlığı uğrunda həlak oldu

Masallı sakini Ukraynanın azadlığı uğrunda həlak oldu
  • Hərb

  • Ukraynanın azadlığı və suverenliyi üğrunda daha bir həmyerlimiz həlak olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı öz feyzbuk səhifəsində paylaşıb. 

    "Xerson şəhəri istiqamətində gedən döyüşlərdə könüllü olaraq döyüşlərə qatılan "Xüsusi Təyinatli" bölüyün əsgəri, əslən Masallıdan olan Hüseynov Səid Vasif oğlu qəhrəmancasına həlak olmuşdur.Döyüş yoldaşlarının dediyinə görə, nizamlı-intizamlı,səxavətli ,
    mərd və Ukraynaya bağlı insan olmuşdur.Ruhu şad olsun!

    P.S.24 fevralda Ukraynada başlanan rusiya aqresiyyası zamanı 20-ə yaxın soydaşımız Ukrayna uğrunda canından keçmişdir." - deyə Qabil Osmanlı qeyd edib. 
    Allah rəhmət etsin. 
    PAYLAŞ:

    Oxşar xəbərlər