Novorosiysk şəhərində Azərbaycan günü keçirilib - FOTOLAR

Novorosiysk şəhərində Azərbaycan günü keçirilib - FOTOLAR
  • Mədəniyyət

  • Novorosiysk sakinləri atəşpərəstliyin əcdadı sayılan əsrarəngiz Azərbaycanın mədəniyyəti ilə tanış olublar. 

    Asiya.az xəbər verir ki, Azərbaycan xalqının xarakterini və dünyagörüşünü əks etdirən etnik ekspozisiya Rusiya Federasiyasının Krasnodar diyarında fəaliyyət göstərən “Azərbaycanlılar Birliyi” ictimai birliyi tərəfindən təqdim olunub.

    Sərgi bu günlərdə Novorosiyskdə keçirilən Milli Mədəniyyətlər Günləri çərçivəsində təşkil olunub. Azərbaycanlıların adət-ənənələri hələ də çoxəsrlik qanunlara ciddi şəkildə tabedir. Bu xalqın müasir mədəniyyəti ən qiymətli nemətdir, əcdadlardan gələn zəngin irsin bir hissəsidir. Bu, onların bütün həyat tərzində özünü göstərir. Hətta keçmişdə qalmış qədim ayinlər də bu gün el şənliklərində teatr tamaşaları kimi nümayiş etdirilir. Azərbaycanlılar harada yaşasalar da, öz əqidəsinə, köklərinə xüsusi ehtiramla yanaşır, əcdadlarının qoyduğu qaydalara riayət edirlər. 

    Azərbaycanlıların qonaqpərvərliyi haqqında bütöv bir poema yazmaq olar. Bu millət üçün qonaq xoş və vacib insandır, onu əzəmətlə və səmimiyyətlə qarşılayırlar. Və təbii ki, qonağa hörmət əlaməti olaraq “Armudu” stəkanda ətirli çay verirlər.

    Bütün bunları Azərbaycan mədəniyyətinin təqdimatında iştirak edən qonaqlar görüb, hiss ediblər. 

    Milli Mədəniyyətlər Günləri Kuban Qubernatorunun Qrantları müsabiqəsində dəstək alan Novorosiysk Milli Mədəniyyətlər Festivalı layihəsi çərçivəsində keçirilir. Mədəniyyət Departamentinin və Novorosiysk Milli Assosiasiyaları Mərkəzinin iştirakı ilə "Üçüncü Sektor" tərəfindən təşkil edilmişdir.

    Qeyd edək ki, “Azərbaycanlılar Birliyi” ictimai birlik kimi Novorosiyskdə 2000-ci ildən fəaliyyət göstərir.

    2021-ci ilin dekabrında rəsmi hüquqi status alıb. Lakin onun fəaliyyətinin əsas prinsipi dəyişməyib - öz xalqının mədəniyyətini və adət-ənənələrini qorumaq, digər milli icmalarla qardaşlıq əlaqələrini gücləndirmək və dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, ehtiyacı olan hər kəsə kömək etməkdir. 

    Azərbaycan cəmiyyəti fəaliyyəti dövründə yüzlərlə xeyriyyə aksiyası təşkil edib, çoxuşaqlı, aztəminatlı ailələrə, əlillərə, eləcə də sosial müəssisələrə ərzaq sovqatı veriblər. 

    “Azərbaycanlılar Birliyi”-nin maliyyə dəstəyi ilə şəhərin bir sıra mədəniyyət müəssisələrində təmir işləri aparıb. Belə ki, Şəhər Milli Mədəniyyətlər Mərkəzində və Şəhər Mədəniyyət Sarayında akt zallarında kosmetik təmir işləri aparılıb. Cəmiyyət bir çox mühüm şəhər tədbirlərində, o cümlədən milli və dövlət bayramlarında fəal iştirak edir, şəhərin ictimai ərazilərinin abadlaşdırılması ilə məşğul olur. 

    “Mənim 2 evim var - Rusiya və Azərbaycan. Biz Rusiyada yaşayırıq və uşaqlarımıza onu sevməyi öyrədirik. Var qüvvəmiz ilə insanlara fayda verməyə və onların köklərini unutmamağa çalışırıq”. 

    Bu sözləri “Azərbaycanlılar Birliyi”-nin rəhbəri Cəlal Camal oğlu Abdullayev deyib. Oburada cəmiyyətin bütün üzvləri tərəfindən dəstəklənir. 










    PAYLAŞ:

    Oxşar xəbərlər