Azərbaycanda "Tərtər işi"nə görə saxlanılan general həbs olundu

Azərbaycanda "Tərtər işi"nə görə saxlanılan general həbs olundu
  • Araşdırma / Hadisə

  • Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

    APA-nın əldə etdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

    Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur.

    General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub
    PAYLAŞ:

    Oxşar xəbərlər