Deputatlar 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” Sərgisində iştirak ediblər - FOTOLAR

Deputatlar 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” Sərgisində iştirak ediblər - FOTOLAR
  • İqtisadiyyat

  • Paytaxt Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinin açılışı mərasimi keçirilib.

    Asiya.az
     xəbər verir ki, Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılışı mərasimi ilə üç gün müddətində 6, 7, 8 Sentyabr tarixlərində davam edir.

    Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX” sərgisində Milli Məclisin üzvləri - millət vəkili Məşhur Məmmədov və millət vəkili Etibar Əliyev də iştirak ediblər.

    Belə ki, bu barədə millət vəkili Etibar Əliyev şəxsi Facebook sosial media hesabı üzərindən də paylaşım edərək, keçirilən sərgidən razılıqlarını dilə gətirib və təşkilatçılara təşəkkürlərini bildirib.

    Nəzərinizə çatdıraq ki, ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutur. Bu sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın II Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilir. Sərgidə həmçinin Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər